YPX əməkdaşları ilə sərxoş sürücü arasında mübahisə yaranıb - VİDEO

Bərdə rayonunda qaydalara əməl etməyən sürücü ilə Yol Patrul Xidməti (YPX) əməkdaşları arasında mübahisə yaranıb.
“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, şəhərin C.Məmmədquluzadə küçəsində baş verən insident zamanı küçədə tıxac yaranıb və nəqliyyatın hərəkəti bir müddət iflic olub.
Belə ki, “Lada-Priora” markalı avtomobil C.Məmmədquluzadə küçəsində yüksək sürətlə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən sürücüyə “Saxla” əmri verilib. Əmrə tabe olmayan sürücü təhlükəli manevrlər edərək ərazidən uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb. Onun sərxoş olduğu müəyyən edilib. YPX əməkdaşları sərxoş sürcünün əmrə tabe olmasını və avtomobildən düşməsini tələb edən zaman mübahisə yaranıb. Sürücü tabesizlik nümayiş etdirdiyindən əraziyə Post Patrul Xidməti (PPX) çağırılıb. Nəticədə həmin şəxs polis bölməsinə aparılıb, avtomobil isə YPX əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.
Baş verən insident zamanı küçədə uzunmüddətli tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
https://youtu.be/1YItO2GbQPA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azad edilən ərazilərdə 41 503 mina və partlamamış hərbi sursat aşkarlanıb
“Əlil Qadınlar Cəmiyyəti” sədrinin 1 milyon pulunu mənimsədilər
AA nişanlı maşın dərəyə aşdı - Video
Gəncədə QULDURLUQ: əcnəbinin bütün pullarını əlindən aldılar
Bakıda 18 yaşlı qız itkin düşüb
Cəliləbadda sakinlərini "qorxuya" salan iki uşaq imiş - Açıqlama