Yol polisi reyd keçirdi: 40 sürücü barəsində protokol tərtib olundu - FOTO
Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları tərəfindən Zaqatala rayonu ərazisində reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük hüququ olmayan, sərxoş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Reyd zamanı 80-dən artıq avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 40-nın sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Eyni zamanda, yol polisi əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıb, onları sükan arxasında diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə çağırıblar.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var