Yol polisi doğum gününə 1 gün qalmış ölümlə üzləşən uşağı xilas etdi - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət bölüyünün əməkdaşı baş serjant Vüqar Cəbrayılov körpənin həyatını xilas edib.
Minval.info “avtosfer.az”a istinadən xəbər verir ki, Ekologiya postunun ərazisində xidmət apararkən üzərində taksi nişanı olan “Opel” markalı avtomobil postda saxlayıb.
Sürücü bildirib ki, avtomobildə azyaşlı uşaq var və vəziyyəti pisləşib.
Vüqar Cəbrayılov dərhal məsələyə müdaxilə edib. Məlum olub ki, yüksək hərarəti olduğu üçün körpə qıcovma olub.
Yol polisi əməkdaşı körpəyə ilkin tibbi yardım göstərərək onun dilinin qatlanmasına mane olub. Ardınca uşaq nəfəs alaraq özünə gəlib.

Yol polisi əməkdaşı uşağı partul avtomobili ilə təcili olaraq Respublika Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra körpənin həyatı xilas edilib.
Süleyman adlı həmin uşağın hadisənin səhəri günü 1 yaşı tamam olub. Doğum günün mərasiminə YPX əməkdaşı Vüqar Cəbrayılov da dəvət olunub.
Məclis zamanı körpənin həyatını xilas edən yol polisinə valideynlər və taxınlar tərəfindən təşəkkür olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polislər gənc qadının həyatını xilas etdi
Sabiq Aparat rəhbəri: "Mənim şahidim Xalq artisti Şeyx Əbdüldür"
Bəhram Bağızadənin həyat yoldaşı: "Vəziyyəti stabildir"
Azərbaycanda ana və körpəsinin meyiti tapılıb
Azərbaycanda mikroavtobus aşdı, ölənlər və yaralananlar var
Hacıbala Abutalıbov düyünü: 20 ildir davam edən məhkəmə prosesi və ...
Birinci sinfə elektron qeydiyyat dayandırıldı