Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərində təhlükəsizliklə bağlı vacib xəbərdarlıq edib. Publika.az-ın məlumatına görə, Salyan-Salmanlı dəmir yolu sahəsində qorunmayan keçiddə baş verən qəza, sürücü intizamının təkmilləşdirilməsinə ehtiyac olduğunu bir daha gündəmə gətirib.
Məlumata əsasən, “Mercedes” markalı avtomobilin sürücüsü dəmir yol xəttində məcburi dayanaraq hərəkətdə olan qatarla toqquşub. Sürücü avtomobili vaxtında tərk edə bilsə də, hadisə nəticəsində həm dəmir yol təsərrüfatına, həm də avtomobilə ciddi ziyan dəyib.
Aparılan təhlillər göstərir ki, bu cür qəzalar əsasən sürücü məsuliyyətsizliyindən qaynaqlanır. Sürücülər, yaxınlaşan qatarı gördükləri halda, yaradılmış yol infrastrukturuna güvənərək nizamlama vasitələrinin tələblərinə əhəmiyyət vermədən keçidə daxil olurlar ki, bu da qəzaların qaçılmaz olmasına səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xatırladır ki, dəmiryol keçidinə yaxınlaşarkən yol nişanları, svetoforlar, nişanlama xətləri və şlaqbaumun vəziyyətini diqqətlə izləməli, həmçinin keçid növbətçisinin göstərişlərinə əməl etməlidirlər. Yalnız yaxınlaşan qatarın olmadığını yəqin etdikdən sonra hərəkət etmələri məsləhət görülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı