Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
Nardaran qəsəbəsindəki 130 saylı məktəbin qarşısında bir qrup şəxs dini şüarlar səsləndirərək diqqət çəkib. Baku.ws-ın məlumatına görə, bu şəxslər məktəblərdə vahid geyim formasının tətbiqi məsələsinə etiraz edərək “İmam Zaman, sənə sadiq əsgərik” kimi şüarlarla çıxış ediblər.
Son günlərdə vahid məktəbli geyimi ilə bağlı müzakirələrdə bəzi şəxslərlə təhsil işçiləri arasında gərginliklər müşahidə olunub. Bu hadisələr ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, bu məsələ ilə əlaqədar ictimai qaydanın pozulması və müvafiq hərəkətlərin təşkili faktı üzrə Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı 37 nəfər həbs edilib.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı
Cibuti sahillərində miqrant faciəsi: 15-i uşaq olmaqla 109 nəfər həlak oldu