Yevda Abramovla vida mərasimi keçirildi - Fotolar
Dekabrın 6-da 71 yaşında dünyasını dəyişən Milli Məclisin deputatı Yevda Abramovla Quba Rayon Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, mərasimdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, millət vəkili Vahid Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xaçmaz və Quba rayonlarının icra başçıları, mərhum deputatın ailə üzvləri və başqaları iştirak edirlər.
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Yevda Abramovun vəfatı ilə bağlı ünvanladığı məktubu mərasim iştirakçılarına çatdırıb.
Xatırladaq ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. İki gün əvvəl isə o, müalicəsini davam etdirdiyi Mərkəzi Klinikada vəfat edib.













Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?