21.10.2026 - 10:54
Türkiyə-Liviya anlaşması Yunanıstanda ciddi sarsıntıya səbəb oldu
Dünya 184 baxış

Türkiyə-Liviya anlaşması Yunanıstanda ciddi sarsıntıya səbəb oldu

Türkiyə ilə Liviya arasında Aralıq dənizindəki dəniz səlahiyyət sahələrinin sərhədlərini müəyyən edən razılaşma Liviya Nümayəndələr Məclisi tərəfindən yekdilliklə qəbul edilib. Məclis üzvləri anlaşma mətnini təsdiqlədiklərini bəyan ediblər. Bu inkişaf Yunan mətbuatında Şərqi Aralıq dənizindəki geosiyasi tarazlıqları köklü şəkildə dəyişdirəcək bir dönüş nöqtəsi kimi qiymətləndirilib.

Minval.info xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi bu qərara reaksiya verərək, beynəlxalq hüququn açıq müddəalarına baxmayaraq, anlaşmanı tanımayacağını ifadə edib. Avropa İttifaqı da Yunanıstana dəstək mesajı göndərib. Yunan mətbuatı Ankaranın mühüm diplomatik bir qələbə qazandığını vurğulayıb. Yunan mətbuatında Türkiyənin “super güc” olduğu və Afinanın Ankaranın malik olduğu diplomatik vasitələrdən məhrum olduğu qeyd edilib.

Liviya Nümayəndələr Məclisinin qərarını “Böyük milli məğlubiyyət” başlığı ilə təqdim edən Banking News, bu addımın bölgədəki geosiyasi tarazlıqları alt-üst etdiyini və Afinanı Ankaraya qarşı müdafiəsiz qoyduğunu iddia edib. Xəbərdə “Türkiyə, Şərqi Aralıq dənizindəki iddialarını qanuniləşdirərək Krit və Şərqi Aralıq dənizi ətrafında Yunanıstan üçün təhlükəli bir kordon yaratdı” ifadələrinə yer verilib.

CNN Yunanıstan isə bu qərarın Şərqi Aralıq dənizindəki əhəmiyyətini qiymətləndirib və Liviyanın bu addımının Türkiyənin Liviya siyasi qüvvələri ilə münasibətlərində mövqeyini gücləndirdiyini qeyd edib. Anlaşmazlıqların Afina əleyhinə dərinləşdiyi vurğulanıb və anlaşmanın Yunan adalarına əsaslanan suverenlik iddialarını məhdudlaşdırdığı bildirilib.

Keçmiş Yunanıstan Baş naziri Antonis Samaras, Liviya Nümayəndələr Məclisinin qərarını şərh edərək, Baş nazir Kiryakos Mitsotakis və Xarici İşlər Naziri Gerapetritisi tənqid edib. Samaras, “Liviyadakı dramatik hadisələr, Gerapetritisin yalanlarını ortaya çıxardı” deyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: