21.10.2026 - 10:14
Lerikdə qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
Hadisə 206 baxış

Lerikdə qızıl axtaranlara qarşı əməliyyat: Ölən var

Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz olaraq qızıl axtaran üç şəxs polis tərəfindən aşkarlanıb. Publika.az-ın məlumatına görə, bu şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa çalışıblar.

Qaçış zamanı həmin şəxslərdən biri, R.Səfərov, qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlər nəticəsində həyatını itirib. Digər şəxs E.Kərimov isə saxlanılıb.

Hadisə yerində aparılan axtarışlar zamanı deşici alətlər və kustar üsulla hazırlanmış partlayıcı qurğuya bənzər maddələr aşkar edilərək götürülüb.

Hal-hazırda hadisədə iştirak edən digər şəxsin müəyyən edilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: