Yenicag.az 19 yaşında: Media dünyasında önəmli addım
Bu gün Yenicag.az saytının 19-cu ildönümü qeyd olunur. 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan Yenicag.az, 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlamışdır. Sayt, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yenilikləri, həmçinin dünyada baş verən maraqlı xəbərləri operativ və obyektiv şəkildə oxuculara çatdırır.
Minval.info xəbər verir ki, 2016-cı ilin dekabrından etibarən Yenicag.az fəaliyyətini genişləndirərək türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyalarını istifadəyə vermişdir. 2018-ci ildən etibarən isə Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyət göstərir. 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az, ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində fəal iştirak edir.
“Yeni Çağ” Media Qrupu, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edir. 44 günlük Vətən müharibəsi zamanı bu əlaqələrdən informasiya savaşında maksimum istifadə edərək, Qarabağ həqiqətlərinin operativ şəkildə çatdırılmasında mühüm rol oynamışdır. Hazırda “Yeni Çağ” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək