Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verdi
Publika.az xəbər verir ki, Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) ilə birgə həyata keçirilən “Qayıt İş 2” layihəsi çərçivəsində Qarabağ sakinləri xüsusi nəzəri və praktiki təlimlərdə iştirak edəcəklər. Təlimlərdən uğurla keçən iştirakçılar real iş mühitində ekosistem daxilində işlə təmin olunacaqlar.
Layihənin əsas məqsədi iştirakçıların peşəkar potensialının inkişafına töhfə vermək, praktiki bacarıqlarını gücləndirmək və məşğulluq imkanlarını genişləndirməkdir. Bu təşəbbüs, həmçinin, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıdan vətəndaşların müasir rəqəmsal maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirir.
ƏLAQƏLİ
Firuzə İbadovanın qızından sərt reaksiya: Artıq yazıb bizi yaralamayın
Layihəyə Bir ekosisteminin baş ofisində keçirilən tanışlıq görüşü ilə start verilib. İştirakçılar burada ekosistemin iş mühiti, korporativ dəyərləri və komanda mədəniyyəti ilə yaxından tanış olublar.
Qeyd edək ki, ötən il Füzuli şəhərində Milliön və m10 brendlərinin telesatış mərkəzi istifadəyə verilib. Mərkəzdə 20 nəfər Qarabağ sakini çalışaraq vətəndaşlara birbaşa xidmət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Firuzə İbadovanın qızından sərt reaksiya: Artıq yazıb bizi yaralamayın
Gələn il yaşayış minimumu və ehtiyac meyarı bu qədər olacaq
Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır
14 icra hakimiyyətində milyonlarla manatlıq maliyyə pozuntusu aşkarlanıb
Mercedes-Benz 2026-cı il üçün mənfəət proqnozunu azaltdı
ABŞ və Çində yanacaq qiymətləri rekord səviyyəyə çatıb
Global bazarlar süni intellekt optimizmi ilə canlandı