Firuzə İbadovanın qızından sərt reaksiya: Artıq yazıb bizi yaralamayın
Publika.az xəbər verir ki, əməkdar artist Firuzə İbadovanın qızı Hülya “Astar” layihəsində anasının səhhətinə dair açıqlamalar verib. O, anasının sənət yoldaşları tərəfindən qınandığını bildirib.
Hülya, anasının 2014-cü ildə insult keçirdiyini və altı ay ərzində sağaldığını deyərək, ailələrinin bu müddət ərzində çox çətinliklərlə üzləşdiyini vurğulayıb. Anasının yalnız ona deyil, həm də digər ailə üzvlərinə də dəstək olduğunu, lakin bunun çoxlarının bilmədiyini qeyd edib.
F. İbadovanın son zamanlarda sosial şəbəkələrdə tənqidlərə məruz qalmasına reaksiya verən Hülya, “Artıq yazıb bizi yaralamayın. Biz heç kimdən nəsə istəməmişik,” deyə bildirib. O, anasının sənət dostlarından heç vaxt yardım istəmədiklərini və öz imkanları ilə dolandıqlarını vurğulayıb.
ƏLAQƏLİ
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verdi
Hülya, anasının xəstəliyi zamanı evlərini və maşınlarını satdıqlarını, zinət əşyalarını müalicə üçün xərclədiklərini, lakin bu çətinliklərə baxmayaraq heç kimin qapısını döymədiklərini əlavə edib. Onlar az pulla kreditlə ev götürdüklərini, lakin pandemiya səbəbindən ödəyə bilmədiklərini, nəticədə satdıqlarını və kirayədə yaşadıqlarını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verdi
Gələn il yaşayış minimumu və ehtiyac meyarı bu qədər olacaq
Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır
14 icra hakimiyyətində milyonlarla manatlıq maliyyə pozuntusu aşkarlanıb
Mercedes-Benz 2026-cı il üçün mənfəət proqnozunu azaltdı
ABŞ və Çində yanacaq qiymətləri rekord səviyyəyə çatıb
Global bazarlar süni intellekt optimizmi ilə canlandı