Yeni nazir millimizin Portuqaliyaya uduzmasından DANIŞDI

“Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın oyununu stadiondan izlədim”.
Minval.info “report”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla gənclər və idman naziri təyin olunmuş Fərid Qayıbov deyib.
“Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzmasına təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”, – nazir vurğulayıb.
O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülüb:
“Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?