“Yeni Müsavat” Media Qrupu Koronavirusla Mübarizə Fonduna vəsait köçürdü - Prezidentin təşəbbüsünə dəstək
Azərbaycanda özəl sektordan Prezident İlham Əliyevin təşəbbüsünə dəstək tədbirləri davam edir.
“Yeni Müsavat” Media Qrupunda korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək vermək barədə qərar qəbul olunub.
Musavat.com xəbər verir ki, qərara uyğun olaraq Media Qrupunun ayırdığı vəsait fondun hesabına köçürülüb.
Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycan dövləti və ölkə Prezidentinin koronavirusla mübarizə istiqamətində atdığı bütün addımları dəstəkləyirlər: “Bu, Azərbaycanın maraqlarına cavab verən addımlardır, ölkə insanını qorunmasına xidmət edir. Ona görə də həm informasiya planında əlimizdən gələn dəstəyi veririk, həm də Prezidentin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna simvolik də olsa qatqıda bulunduq. Artıq bir sıra media quruluşları da bu kampaniyaya qouşulublar”.
R.Arifolunun sözlərinə görə, qəzetlərin, media quruluşlarının dəstəyi simvolikdir: “Amma bu, təbliğati baxımdan əhəmiyyətlidir. Zənginlərə, iş adamlarına, Azərbaycandan kənarda olan varlı soydaşlarımıza xitab edirik ki, Azərbaycanın, dolayısı ilə bəşəriyyətin xilası üçün koronavirusa qarşı mübarizə kampaniyasını dəstəkləsinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
100 yaşlı bayrağımız
DSX: Azərbaycan-Ermənistan sərhədində yaralanan əsgər əməliyyat olunub
Prezident sərəncam imzaladı
Azərbaycan koronavirusa görə həkimlər üçün qoruyucu vasitələr alacaq
İcra Hakimiyyətində yeni təyinat
Bakıda “pitbull” ləqəbli oğru saxlanılıb
Milli Məclis bu gün yeni Ombudsman seçəcək