Şəmkir Rayon İcra Hakimiyyəti Bakı şəhərində avtomobilin yaşıllıqlar üzərində park edilməsi ilə bağlı xəbərə aydınlıq gətirib.
“Minval.info” xəbər verir ki, qurumdan oxu.az-a bildirilib ki, maşın icra hakimiyyətinə məxsus deyil:
“Avtomobil nə icra başçısına, nə də quruma məxsus deyil”.
Oxu.az-a daxil olan məlumata görə, avtomobil Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkir suvarma sistemləri idarəsinə məxsusdur.
“Minval.info”

