Azərbaycanda bakalavr təhsili üçillik ola bilər
Azərbaycanda bakalavr təhsilinin üçillik olması ilə bağlı təklif irəli sürülüb. Bu məsələ Milli Məclisin Elm və Təhsil komitəsinin 2026-cı il payız sessiyasının ilk iclasında müzakirə edilib.
Minval.info xəbər verir ki, iclasda çıxış edən deputat Fariz İsmayılzadə, ABŞ-da bəzi universitetlərin artıq üçillik bakalavr təhsilinə keçdiyini və Avropada bu sistemin uzun müddətdir tətbiq olunduğunu qeyd edib. O, bu dəyişikliklərin bazarın tələblərinə uyğunlaşmaq, çeviklik və yeni ixtisasların yaradılması məqsədilə həyata keçirildiyini bildirib.
Fariz İsmayılzadə, həmçinin, Azərbaycanın ali təhsil qanununa yenidən baxılması və yeni standartların gətirilməsi təklifini irəli sürüb. O, bu mövzuda ictimai dinləmələrin keçirilməsinin də vacib olduğunu vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keşlədə nəqliyyat məhdudiyyəti: Sürücülərə alternativ yollar!
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
Buraxılış imtahanının nəticələri açıqlandı!
Azərbaycan balı Avropa İttifaqı bazarına çıxır
Azərbaycanda erkən analıq: 2022-ci ilin statistikası