Yaponiyanın baş naziri Azərbaycana minnətdarlığını bildirdi
Yaponiyanın baş naziri Sanae Takaiçi, Kumamoto prefekturasında baş verən 7,1 maqnitudalı zəlzələ ilə əlaqədar başsağlığı və yardım təklifləri göndərən ölkələrə təşəkkürünü ifadə edib.
Minval.info xəbər verir ki, Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb. Baş nazir, “Kumamoto zəlzələsi ilə əlaqədar dünyanın bir çox ölkə və regionlarından, eləcə də beynəlxalq təşkilatlardan səmimi başsağlığı mesajları və konkret yardım təklifləri almışıq. Fürsətdən istifadə edərək bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm,” deyə vurğulayıb.
Sanae Takaiçi, Azərbaycan daxil olmaqla, 56 ölkəyə və 7 beynəlxalq təşkilata minnətdarlığını ifadə edib. Xatırladaq ki, iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Bu təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub. Hakimiyyət orqanları sunami xəbərdarlığı elan etsə də, sonradan bu xəbərdarlıq ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Naftalanın tanınmış iş adamı Hatəm Qocayev vəfat etdi
Azərbaycan yol polisləri Belarusda birinci oldu
Dəmir yollarında sərnişin daşınmasında rekord artım
Bakıda işə gedənlər üçün sıxlıq xəbərdarlığı!
Bakıda ailə dramı: Dayısını bıçaqladı
Şurnuxu kəndinin yarısı Azərbaycana təhvil verildi
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq!