Yaponiya Kadırov və Şoyqunun qohumlarına sanksiya tətbiq etdi
Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
“Minval.info” “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb kimi Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini ilhaq etməsi göstərilir.
Məlumata görə, sanksiya siyahısına Rusiyadan 58 fiziki şəxs və 9 təşkilat, eləcə də yeni ərazilərlə əlaqəli daha 23 nəfər daxil edilib.
Yaponiyanın yeni sanksiyaları əsas olaraq Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Federasiya Şurasının sədri Valentina Matvienko, Rusiyanın Baş naziri Mixail Mişustin, Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev və keçmiş gimnast Alina Kabayevanın qohumlarına şamil edilib.
Bildirilir ki, sözügedən şəxslər barəsində aktivlərin dondurulması kimi məhdudlaşdırıcı tədbirlər görüləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır