“Yanardağ” qoruğunun rəhbəri dəyişib: Yenidən istifadəyə veriləcək

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bu ilin may ayında yenidən istifadəyə verilməsi nəzərdə tutulub.
Minval.İnfo xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.
Onun sözlərinə görə, qoruğun ərazisində kiçik muzey, kafe və digər infrastrukturlar yaradılıb.
Qoruğunun direktoru Malik Fətullayev öz istəyi ilə vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, onu müvəqqəti olaraq bu il fevralın 1-dən qoruğun direktor müavini təyin edilmiş Ramin Cəfərov əvəz edir.
O, “Yanardağ”da vəzifəyə təyin olunmazdan əvvəl Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentində çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?