Xocavənddə buldozerin mina ilə qarşılaşdığı an: Təhlükəsizlik xəbərdarlıqları yenidən gündəmdə
Xocavənd rayonunun Qızılqaya kəndində mina partlayışı nəticəsində bir buldozer zərər görüb.
Minval.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Hadisə avqustun 7-də baş verib. Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovun idarə etdiyi buldozer, minalardan təmizlənməmiş ərazidə mina partlayışına məruz qalıb. Xoşbəxtlikdən, hadisə zamanı heç kim xəsarət almayıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları mina təhlükəsi ilə bağlı xəbərdarlıqlara diqqət yetirməyə, təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş