13.11.2026 - 12:22
Ağ Ev yaxınlığındakı hücumun təfərrüatı bəlli oldu: 55 yaşlı həkim 1 milyonluq mənzilində
Hadisə 228 baxış

Ağ Ev yaxınlığındakı hücumun təfərrüatı bəlli oldu: 55 yaşlı həkim 1 milyonluq mənzilində

Noyabrın 12-də ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən silahlı hücumun təfərrüatları məlum olub. Publika.az-ın məlumatına görə, hücum edən şəxs 55 yaşlı həkim Matt Lambertdir.

Lambert, üzvü olduğu idman zalında bir nəfəri öldürdükdən sonra binanın yeddinci mərtəbəsində yerləşən mənzilinə qaçıb. 1,1 milyon dollara aldığı lüks mənzilində barrikada quran Lambert, eyvandan ətrafa atəş açaraq dörd nəfəri yaralayıb və daha sonra özünü öldürüb.

Vaşinqton Metropolitan Polis İdarəsinin rəisi Ceffri Karroll, hadisənin şübhəlinin yaşadığı binanın idarə heyəti ilə arasında uzun müddətdir davam edən mübahisə ilə əlaqəli olduğu ehtimal edilir. Mübahisənin əsas səbəbləri binanın təmiri və digər məsələlər olub. Lambertin həmin quruma qarşı məhkəmə iddiası da qaldırdığı bildirilir.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: