06.11.2026 - 13:14
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Hadisə 225 baxış

ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var

ABŞ-ın Kaliforniya ştatında yerləşən Santa-Monika şəhərində bir neçə ailə faciəsi baş verib. Publika.az-ın xəbərinə görə, bu şəhərdə fevral ayından bəri üç evli cütlük öz evlərində ölü tapılıb.

Faciələrdən ikisi sentyabr və oktyabr aylarında, üç həftədən az fasilə ilə baş verib. Bu hadisələrin son illərdə Santa-Monikada qeydə alınmadığı bildirilir.

Ölənlər arasında “Downtown Santa Monica” təşkilatının əməliyyat direktoru Ceremi Ferqyuson və həyat yoldaşı Mendi Zelinka da var. Digər bir hadisədə isə iyul ayında türklər Gül Ərdoğan və Aytaç Kamdeviren həyatlarını itiriblər. Sentyabrda isə Hendrik Rabitş və həyat yoldaşı Nikol mənzillərində ölü tapılıblar.

Məhkəmə psixoloqları “Daily Mail”ə bu hadisələrin imkanlı insanların üzləşdiyi gizli psixoloji problemlərlə əlaqəli olduğunu bildirib. Psixoloq Con De La Torre iqtisadi çətinliklərin zorakılığa səbəb ola biləcəyini vurğulayıb. Doktor Kerol Liberman isə mənzil qiymətlərinin artması, evsizlik və biznes obyektlərinin bağlanmasının cəmiyyətdəki gərginliyi artırdığını qeyd edib.

Hələlik, üç cütlüyün ölüm səbəbləri dəqiq açıqlanmır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: