Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Baku.ws-ın məlumatına görə, Bakıda ərini çapacaqla yaraladığı iddia olunan İradə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə iclasında İradə Hacıyevanın müdafiəçisi Aqil Layıc, müvəkkilinin əri tərəfindən uzun müddət fiziki zorakılığa məruz qaldığını vurğulayıb. Müdafiəçi, Hacıyevanın faktiki qeydiyyatda olduğu ünvana deyil, başqa ünvana ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib.
Prokurorun mövqeyi
Prokuror bu vəsatəti əsassız hesab edərək təmin olunmamasını tələb edib. Məhkəmə müşavirəsindən sonra vəsatət rədd edilib və Hacıyeva haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən məhkəmə baxışına verilməsi qərara alınıb.
Məhkəmə baxışı noyabrın 16-na təyin edilib. Hadisə 2026-cı ilin iyun ayında Yasamal rayonunda baş verib. Zərərçəkən Elşən Hacıyev bədəninin müxtəlif yerlərindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin zərərçəkənin həyat yoldaşı İradə Hacıyeva tərəfindən törədildiyi müəyyən edilib. O, istintaqa təhvil verilib və qəsdən adam öldürməyə cəhd ittihamı ilə cinayət işi açılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb
Bakıda üzərindən maşın keçən ana və körpənin son durumu
Rumıniya sahillərində gəmi qəzası: Qara dənizdə türk dənizçilər xilas edildi
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi