09.08.2026 - 13:31
Ölkə 21 baxış

Xocalı və xocavənddə elektrik inqilabı: Kəndlərə müasir enerji axını başladı

Xocalı və Xocavənd rayonlarında elektrik təsərrüfatının yenilənməsi işləri sürətlə davam edir. “Azərişıq” ASC, Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı təmir və yenidənqurma layihələrini həyata keçirir.

Minval.info xəbər verir ki, Xocalı və Xocavəndin təxminən 30 kəndində daxili və xarici elektrik şəbəkələrinin yenilənməsi işləri aparılır. Bu kəndlərdə 100-ə yaxın müxtəlif güclü 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılıb. Həmçinin, yaşayış məntəqələrində 0.4 və 35 kV-luq metal dayaqlar basdırılır və izolyasiyalı xətlər çəkilir.

Xocalı şəhərində 10 müasir tipli KTM quraşdırılıb və Badara, Ballıca, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu kəndlərində yenidənqurma işləri tamamlanıb. Şuşakənd və Xanobad kəndlərində isə 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN-3) çəkilişi davam edir.

Xocavənddə Hadrut və Qırmızı Bazar qəsəbələri ilə Sos kəndinə köçürülən ailələr dayanıqlı elektrik enerjisi ilə təmin olunub. Bu ərazilərdə elektrik şəbəkələrinin yenidən qurulması ilə yanaşı, 10 və 35 kV-luq hava xətlərində və güc transformatorlarında təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb. Hazırda Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman və Xanoba kəndlərində də təmir-bərpa və yenidənqurma işləri davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: