Dağlıq ərazilərə qar yağır
Publika.az-ın məlumatına görə, noyabrın 6-sı saat 9:00-a olan hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Müxtəlif bölgələrdə leysan xarakterli intensiv yağışlar qeydə alınıb.
Dağlıq ərazilərdə isə qar yağışı müşahidə edilib. Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar və Şahbuzun bəzi kəndlərində qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıq və Qrızda 15 sm, Qusarda 8 sm, Xaltanda 6 sm, Şahdağda 2 sm, Xızıda isə 1 sm-dir.
Bakıda və Abşeron yarımadasında da yağıntı qeydə alınıb. Bakıda yağıntının miqdarı 6 mm, Maştağada 5 mm, Binə, Ələt və Sumqayıtda isə 3 mm təşkil edib.
Respublikanın digər rayonlarında da yağış intensiv olub. Astarada yağıntı 39 mm, Şamaxıda 24 mm, Qubada 19 mm, Lənkəran, Ağdam və Beyləqanda isə 18 mm qeydə alınıb.
Bəzi bölgələrdə şimal-qərb küləyi güclənib. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 25 m/s-ə çatıb. Daşkəsən, Xınalıq, Şamaxı və digər bölgələrdə isə duman müşahidə edilir və görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq