06.11.2026 - 17:04
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Ölkə 302 baxış

Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib

Baku.ws-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində içməli su təchizatını yaxşılaşdırmaq üçün layihə həyata keçirib.

Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması üçün Astara şəhərinə su verən magistral su kəmərindən yeni birləşmə təmin edilib. Layihə çərçivəsində ümumilikdə 5,6 kilometr uzunluğunda yeni su xətləri çəkilib və 430 fərdi yaşayış evi su şəbəkəsinə qoşulub.

Layihənin əsas məqsədlərindən biri sudan səmərəli istifadəni təmin etmək və istehlak olunan suyun dəqiq uçotunu aparmaqdır. Bu məqsədlə bütün abonentlər sayğaclarla təmin edilib.

Bala Şahağac və Qamışoba kəndlərinin ümumi əhalisi 1 486 nəfərdir. Yeni su sistemi vasitəsilə bu yaşayış məntəqələrinin gündəlik 300 kubmetr su tələbatı tam təmin olunacaq.

Astara şəhərinin mövcud su təchizatı Xanbulançay su anbarı vasitəsilə həyata keçirilir. Şəhərdəki su şəbəkəsinin ümumi uzunluğu 109 km təşkil edir və hazırda tullantı sularının kənarlaşdırılması üçün yeni kanalizasiya şəbəkəsinin tikintisi davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: