04.08.2026 - 16:32
Ölkə 25 baxış

Xocalı sakininin ev tələbi rədd edildi: Dövlət komitəsi səbəbi açıqladı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Laçın rayonundan məcburi köçkün və şəhid ailəsi üzvü olan Ziba Malik qızının sosial şəbəkələrdə yaydığı video müraciətə cavab verib.

Minval.info xəbər verir ki, Komitə, Ziba Malik qızının Xocalı rayonunun Almalı kəndindəki 4206 nömrəli fərdi yaşayış evinin ailəsinə verilməsi tələbinin mövcud qanunvericiliyə və Böyük Qayıdış Proqramı çərçivəsində tətbiq olunan köçürülmə qaydalarına uyğun olmadığını bildirib. Araşdırma nəticəsində məlum olub ki, Ziba Malik qızının ailəsi köçürülmənin ilk mərhələsində nəzərdə tutulmuş siyahıya daxil edilməyib və bu səbəbdən həmin mərhələdə püşkatma nəticəsində 4206 nömrəli ev başqa bir ailəyə verilib.

Komitə, Ziba Malik qızının ailəsinin dövlət tərəfindən müxtəlif sosial müdafiə və mənzil təminatı proqramlarından faydalandığını qeyd edib. Ailə üzvlərinin müxtəlif yerlərdə mənzillərlə təmin edildiyi və torpaq sahələrinin ayrıldığı bildirilib. Komitə, Ziba Malik qızının Almalı kəndinə köçürülməsi məsələsinə növbəti mərhələlərdə baxılacağını və bu barədə vətəndaşa ətraflı məlumat verildiyini vurğulayıb.

Komitə, şəhid ailələrinin və məcburi köçkünlərin müraciətlərinə həssas yanaşıldığını, bütün proseslərin qanunvericiliyə uyğun, şəffaf və sosial ədalət prinsipləri əsasında həyata keçirildiyini bir daha təsdiqləyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: