Xırdalanda "120 yolu" keçilməz: Tələbələr və sərnişinlər çarəsiz qaldı
Xırdalan şəhərində, Ceyranbatan su anbarı istiqamətində yerləşən ‘120 yolu’ adlanan ərazidə kanalizasiya sularının səviyyəsi yenidən artıb. Bu vəziyyət yolun tamamilə yararsız hala düşməsinə səbəb olub.
Minval.info xəbər verir ki, su anbarına yaxın ərazidə aparılan yol təmiri işləri də yarımçıq qalıb. Bu səbəbdən 135 saylı müntəzəm marşrut xəttinin fəaliyyəti pozulub və iritutumlu avtobuslar Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edə bilmir.
Həsən Əliyev küçəsi istiqamətində yerləşən bu ərazidə yolun keçilməz olması və dərin çalaların mövcudluğu müasir tipli avtobusların hərəkətini mümkünsüz edir. Bu vəziyyət sentyabr ayından etibarən universitet tələbələrinin daşınmasında ciddi çətinliklər yaradacaq.
135 saylı xətt üzrə sərnişinlərə xidmət göstərən ‘Xaliq Faiqoğlu’ şirkətindən bildirilib ki, uzun illərdir bu ərazidə yol problemi mövcuddur. Şirkət marşrut xəttinə müasir avtobuslar təqdim etsə də, yolun bərpası ilə bağlı müraciətlər hələ də cavabsız qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır