Xərçəngə meydan oxuyan cərrah: "Sənə sahibəm
Tanınmış plastik cərrah Dilqəm Məhərrəmovun həyat yoldaşı və həmkarı Nərgiz Əhmədovaya xərçəng diaqnozu qoyulub. N.Əhmədova bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, həyat yoldaşının ona dəstək olmaq üçün saçını kəsdirdiyini bildirib. “Həyat yoldaşım və oğlum mənim üçün saçlarını qırxdılar. Onlar mənim ən böyük dayağım, gücüm və heç vaxt tək olmadığımı xatırladan ən böyük səbəbimdir. Bircə saniyə belə yanımdan ayrılmadın. Bütün müalicələrim zamanı əlimdən tutdun, ən çox ehtiyacım olduğu zaman mənim qayğıma qaldın. Bəlkə də, artıq diaqnozumun heç bir əhəmiyyəti yoxdur. Çünki mən artıq həyatda ən böyük hədiyyəyə – sənə sahibəm. Sən yanımda olduğun müddətdə mən artıq qalib gəlmişəm. Və PET-KT müayinəsindən çıxanda gördüklərimi heç vaxt unutmayacağam – taleyimi müəyyən etməli olan müayinədən. Çölə çıxanda sevimli qardaşım İbrahimi gördüm. Əllərini göyə qaldırmışdı və göz yaşları yanaqlarından süzülürdü…O an əbədi olaraq qəlbimdə qalacaq”, – N.Əhmədova paylaşımında qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi