06.10.2026 - 16:27
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Lent 2 baxış

1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, bəzi dövlət sifarişli yerlər boş qalıb.

Minval.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında topladıqları ballara görə boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən, bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Bu tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: