04.10.2026 - 16:16
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Lent 3 baxış

Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu

Məşhur türk müğənni Ajda Pekkanın bacısı, aktrisa Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurub. Bu xəbər sənətsevərlər arasında böyük maraq doğurub.

Minval.info xəbər verir ki, Zoran Lalvani Zoe adlı xanımla evlənib. Ana Semiramis Pekkan bu xoş xəbəri sosial şəbəkədə paylaşdığı fotolarla izləyicilərinə çatdırıb. O, oğlunun bu xoşbəxt gününü paylaşaraq duyğularını ifadə edib.

“Canım oğlum evləndi. Onu sevdiyi qadınla yan-yana görmək mənə sözlə izah edə bilməyəcəyim hisslər yaşatdı. Bir ömür boyu xoşbəxt olun,” – deyə Semiramis Pekkan yazıb.

Qeyd edək ki, Zoran Lalvani Semiramis Pekkan və hind əsilli iş adamı Qulu Lalvaninin oğludur. Cütlük 9 illik evlilikdən sonra ayrılmışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: