Xaricdə təhsil alanlar üçün 18 aylıq xidmət şoku!
Xaricdə ali təhsil almış Azərbaycan vətəndaşlarının hərbi xidmət müddəti və qaydaları cəmiyyətdə geniş müzakirə mövzusudur. Ölkə qanunvericiliyinə əsasən, hərbi xidmət müddəti çağırışçıların rəsmi şəkildə tanınan təhsil səviyyəsindən asılıdır. Ali təhsilli şəxslər üçün xidmət müddəti bir il, ali təhsili olmayanlar üçün isə bir il altı ay müəyyən edilib. Lakin xaricdə təhsil alan məzunlar üçün bu müddətin müəyyənləşdirilməsində əsas amil diplomun ölkə ərazisində rəsmi şəkildə tanınması, yəni nostrifikasiya olunmasıdır.
Minval.info xəbər verir ki, xaricdə alınan ali təhsil sənədinin Azərbaycan Respublikasında hüquqi qüvvəyə minməsi üçün Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq prosedur həyata keçirilməlidir. Əgər vətəndaş xarici universiteti bitirdikdən sonra müraciət etməzsə və ya müraciəti zamanı təhsil forması, tədris dili, ölkədə qalma müddəti və ya universitetin akkreditasiyası kimi meyarlar standartlara cavab vermədiyinə görə mənfi cavab alarsa, həmin diplom ölkə ərazisində etibarsız sayılır.
Bu halda, dövlət qurumları həmin şəxsin ali təhsilini rəsmi olaraq tanımır və diplomun tanınmaması hərbi mükəlləfiyyət məsələlərinə birbaşa təsir edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçının statusunu təsdiqlənmiş sənədlər əsasında müəyyənləşdirir. Rəsmi olaraq tanınmış ali təhsil diplomu təqdim edilmədikdə, həmin şəxs hüquqi baxımdan ali təhsilsiz çağırışçı statusunda qeydə alınır və nəticədə xaricdə universitet bitirməsinə baxmayaraq, diplomu təsdiqlənməyən vətəndaşlar həqiqi hərbi xidmətə ümumi əsaslarla, yəni bir il altı ay müddətinə çağırılırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avtobus sürücüsündən sərnişinlərə sərt reaksiya
Arzumuz var: 6 gənc qız tələbə oldu!
Karantin rejimi 2027-ci ilə qədər uzadıldı
Bakı metrosunda gecikmələrə son: Yeni sistem gəlir!
Abidələrimizə qarşı vandalizm: 68-i tamamilə dağıdılıb
Yapon dəniz duzunda yod çatışmazlığı aşkarlandı
Qarabağda dini irsin bərpası sürətlənir