Xanım karateçimiz dünya çempionu oldu
Madriddə təşkil olunan çempionatda idmançımız 68 kiloqram çəki dərəcəsində yarışın final görüşündə rusiyalı Viktoriya İsayeva ilə qarşılaşıb.
Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, rəqibinə qalib gələn İrina Zaretska dünya çempionatının qızıl medalını qazanıb.
Qeyd edək ki, bu gün milli komandamızın üzvü Rəfael Ağayev özbəkistanlı rəqibinə qalib gələrək bürünc medala sahib olub.
Olimpiadanın proqramına daxil edildikdən sonra ilk dünya çempionatına rekord sayda – 140 ölkədən 1147 idmançı, parakarateçilərin yarışında isə 33 ölkədən 100 atlet mübarizəyə qatılıb.
Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirdə çıxış edirlər. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatamiyə çıxmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Kosovaya qalib gələ bilmədi
UEFA Millətlər Liqasında III tura start veriləcək
"Qarabağ"ın "Linfild"lə səfər oyunu canlı yayımlanacaq
Siyasətçilərin azarkeşlik etdiyi Azərbaycan klubları - VİDEO
Bu gün Çempionlar Liqası var - Afişa
"Barselona" transfer bombasını partlatdı
"Arsenal" azarkeşləri Bakıdakı finaldan öncə təxribatçılıq ediblər