Xamneyinin bacısı qızı İranda həbs edilib
İranın ali dini lideri Əli Xamneyinin qardaşı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani dünya ictimaiyyətini ölkə hakimiyyəti ilə bütün əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Fransada yaşayan Mahmud Muradxani noyabrın 23-də bacısının həbsindən sonra əvvəlcədən lentə alınmış videonu yayıb.
“Azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, uşaqları öldürən bu qanlı rejimi dəstəkləməyi dayandırsınlar” deyə Muradxani burada yerli publikaya səslənib. Onun sözlərinə görə, iranlılar İran hakimiyyətini dəstəkləyənlərlə müharibə vəziyyətindədirlər. Fəridə Muradxani daha sonra demokratik ölkələri öz nümayəndələrini İrandan geri çəkməyə və “Tehranla istənilən sövdələşməni dayandırmağa” çağırıb.
Müraciətin nə vaxt lentə alındığı bəlli deyil.
Fəridə və Mahmud Muradxani oktyabrda dünyasını dəyişən və Xamneyinin bacısı ilə evli olan din xadimi və müxalifətçi Əli Tehraninin övladlarıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı