Xamenei ad çəkdi: Terrorun arxasında onlar dayanır
İranın Ali dini lideri Əli Xamenei Əhvaz şəhərində baş verən terror aktının arxasında dayanan ölkələri birbaşa olaraq açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Hücumu təşkil edənləri Səudiyyə Ərəbistanı ilə BƏƏ maliyyələşdirib, ABŞ isə dəstək olub”, – Xamenei bildirib.
Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində baş verən terror hücumunda 29 nəfər həyatını itirib, 60 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var.
Terakta görə məsuliyyəti üzərinə Əhvazın Vətənpər Ərəb Demokratik Hərəkatı, həmçinin İŞİD götürüb.
İlkin məlumatda terror hücumunu 4 nəfərin etdiyi, onlardan ikisinin yerindəcə məhv edildiyi, ikisinin isə axtarıldığı bildirilmişdi.
Xamenei teraktla bağlı ilk açıqlamasında konkret ad çəkməmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında dörd şəhərdə fövqəladə vəziyyət!
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!