İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
İran və Ermənistan arasında sərhəddə yük daşımalarının daha sürətli həyata keçirilməsi məqsədilə ‘yaşıl’ gömrük dəhlizinin yaradılması barədə razılıq əldə olunub. Bu yeni mexanizm İranın Nurduz və Ermənistanın Aqarak gömrük məntəqələri arasında tətbiq ediləcək.
Minval.info xəbər verir ki, razılaşma İranın Culfa şəhərində İran Gömrük İdarəsinin rəisi Forud Əsgəri və Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akobyan arasında keçirilən görüşdə imzalanıb. Tərəflər bu çərçivədə sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını nəzərdə tutan protokola imza atıblar.
Yeni mexanizm çərçivəsində yük məlumatlarının sərhədə çatmazdan əvvəl elektron şəkildə mübadiləsi planlaşdırılır. Bu, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, kağız sənədlərdən rəqəmsal sənədlərə keçidə və yük maşınlarının sərhəddə gözləmə müddətinin azaldılmasına imkan verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında