Xalq artisti relslərin üzərində şəkil çəkdirən qızdan danışdı

Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında 21 yaşlı Arzu Əhmədovanın relslərin üərində şəkil çəkdirməsi müzakirələrə səbəb olub.
Minval.İnfo-nun məlumatına görə, xalq artisti Flora Kərimova məsələ ilə bağlı İnstaqram hesabında açıqlama yayıb.
Sənətçinin sözlərinə görə, gənc qızın fotosu film çəkilişi zamanı ortaya çıxıb:
“Dünən qeyri-iş saatlarında metronun “Nəriman Narimanov” adına stansiyasında “Qayınana 2018” filminin çəkilişləri baş tutdu. Filmdə kütləvi səhnələrdə çəkilən gənc xanımın stansiyadan çəkilib sosial şəbəkələrdə paylaşılan fotosu bu gün mətbuat və sosial mediada tirajlandı və təəsüf ki, məlumat təhrif olundu. Əslində isə narahatlığa heç bir əsas yoxdur. Hamımız sağ-salamat, yüksək təhlükəsizlik şəraitində çəkilişləri uğurla yekunlaşdırdıq”.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı