İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlandı
İsmayıllı rayonunun Hacıhətəmli kəndində avqustun 20-də keçirilən toy məclisində baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbləri müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, zəhərlənməyə səbəb olan qida məhsulları arasında buğlama və düyü xüsusi şübhə doğurur.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan laborator müayinələr nəticəsində bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb. Staphylococcus aureus bakteriyası normal hallarda dəri və selikli qişa mikroflorasında mövcuddur. Lakin termiki emaldan keçmiş qida məhsullarında bu bakteriyanın aşkarlanması, həmin məhsulların hazırlanması və ya sonrakı mərhələdə sanitariya-gigiyena tələblərinin pozulduğunu göstərir.
Qeyd edək ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb və hadisə nəticəsində 40 nəfər zərər çəkib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır