09.09.2026 - 19:17
Maqazin 15 baxış

Yasamalda lüks mənzillər satışa çıxdı!

Yasamal rayonunda yerləşən Park Yasamal yaşayış kompleksində müxtəlif sahə və otaq sayında hazır mənzillər satışa çıxarılıb. Mənzil almaq istəyənlər üçün 2, 3 və 4 otaqlı, eləcə də studiya tipli mənzillər təklif olunur. Bu mənzillər tam təmirli şəkildə təqdim edilir və təmir zamanı Avropa brendlərinin məhsullarından istifadə olunub.

Minval.info xəbər verir ki, kompleksdə bağçalı və terraslı mənzil variantları da mövcuddur. Bu cür açıq məkanlar gündəlik həyata əlavə rahatlıq gətirir, istirahət və açıq havadan zövq almaq üçün şərait yaradır. Mənzillər tam təmirli şəkildə təhvil verilir və bu, yeni ev sahiblərinə əlavə təmir prosesi olmadan köçmək imkanı yaradır.

Park Yasamal yaşayış kompleksi sakinlərin gündəlik ehtiyaclarını nəzərə alaraq geniş imkanlarla təmin olunub. Burada göl ətrafında istirahət zonaları, geniş yaşıl park, futbol meydançası, özəl uşaq bağçası, 24/7 kamera-nəzarət sistemi və təhlükəsiz avtodayanacaq mövcuddur. Kompleksin yerləşdiyi ərazi şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı verir.

Mənzil almaq üçün müxtəlif ödəniş imkanları təqdim edilir. 36 ayadək daxili kredit, 20 ilədək ipoteka krediti və “Kristal”ın hissəli alış modeli ilə mənzilə sahib olmaq mümkündür. Park Yasamalda hazır mənzillərlə tanış olmaq üçün “Kristal”ın satış ofisinə yaxınlaşa və ya *1544-ə zəng edə bilərsiniz.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: