Baku Medical Plaza kök hüceyrə transplantasiyasına başladı
Nazirlər Kabineti donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısında dəyişiklik edib. Bu qərara əsasən, Baku Medical Plazaya kök hüceyrələrinin transplantasiyasını həyata keçirmək səlahiyyəti verilib.
Minval.info xəbər verir ki, eyni zamanda, “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda da dəyişiklik edilib. Baku Medical Plazaya bu sahələrdə də fəaliyyət göstərmək üçün səlahiyyət verilib.
Xatırladaq ki, bundan əvvəl, 20 iyul 2026-cı il tarixində Nazirlər Kabinetinin qərarı ilə Respublika Diaqnostika Mərkəzinə də oxşar səlahiyyətlər verilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"