Bərdə icra başçısından tələbəyə xüsusi jest!
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, 680,9 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olan Murad Quliyevə xüsusi diqqət göstərib.
Minval.info xəbər verir ki, icra başçısı, yüksək balla universitetlərə qəbul olan bir qrup tələbə ilə görüş keçirib. Görüşdə iştirak edənlər arasında ən yüksək nəticə göstərən M.Quliyev də olub.
Vidadi İsayev tələbələri təbrik edərək onlara hədiyyələr təqdim edib. Bərdə şəhər Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü Liseyini bitirən Murad Quliyevə də xüsusi jest edilib. İcra başçısı ona öz qələmini təqdim edərək, “Başçının öz qələmini təqdim etməsi hər adama nəsib olmur. Arzu edirəm ki, məktəbi uğurla bitirəsiniz və fərqlənmə ilə məzun olasınız. O zaman bu qələmi gətirərək, rayonda işləmək üçün müraciət edə bilərsiniz” deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bazarlarda sanitar böhran: Təhlükəsizlik təhdid altında
Xankəndidə əmək yarmarkası: 200 vakansiya təqdim edilir
Bakının 18 istiqamətində nəqliyyat sıxlığı yaşanır
Pivə zavodu Xəzərə çirkab axıdır? Araşdırma başladı
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi