Xalq artisti rasim balayevin unudulmaz sənət yolu: "Nəsimi"dən "babək"ə qədər
Bu gün Azərbaycanın sevilən Xalq artisti Rasim Balayevin doğum günüdür. O, 1948-ci ildə Ağsu rayonunda dünyaya gəlib.
Minval.info xəbər verir ki, Rasim Balayev 1965-ci ildə Ağsuda orta məktəbi bitirdikdən sonra, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutundan məzun olub. İlk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” filmində kiçik bir rolda çıxış edib. “Nəsimi”, “Babək” və “Dədə Qorqud” kimi filmlərdəki rolları ilə tamaşaçıların qəlbini fəth edib.
“Azərbaycanfilm” kinostudiyasının teatr studiyasında da fəaliyyət göstərən Rasim Balayev, həm böyük, həm də kiçik rollarda çıxış edib. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün, gecəyarısı” kimi filmlərdə epizodik rollarda iştirak edib. O, “Özbəkfilm”, “Mosfilm” və digər studiyaların istehsalı olan filmlərdə də rol alıb.
ƏLAQƏLİ
Şah i̇smayıl müzakirəsi: Millət vəkili fazil mustafanın fikirləri niyə cəmiyyəti iki yerə bölüb?
Xalq artisti Rasim Balayev 29 mart 2026-cı ildə İstanbulda “Memorial” xəstəxanasında vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda rekord istilər: Sabah 42 dərəcə gözlənilir!
İlisu Milli Parkında yeni dövr: Ramramay şəlaləsinə giriş pullu oldu