Noyabrın 19-da Bakıda hava mülayim və yağmursuz olacaq
Publika.az-ın məlumatına görə, noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mülayim cənub-qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə saatlarında 8-11° isti, gündüz isə 17-21° isti olacaq. Atmosfer təzyiqinin 759 mm civə sütunundan 753 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə gecə 60-65%, gündüz 50-55% təşkil edəcəyi bildirilir.
Bölgələrdə hava şəraiti
Ölkənin digər rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə gün ərzində qısamüddətli yağıntılar, qar yağışı gözlənilir. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti olacağı, dağlıq ərazilərdə isə gecə 2° şaxtadan 3°-dək isti, gündüz isə 11-16° isti olacağı proqnozlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu mənzillər vergidən azad ediləcək
Azərbaycan Almaniyaya reysləri artırmağı planlaşdırır
18 noyabrda hava necə olacaq?
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Söyüdlü kəndinin boşaldılması iddiaları əsassızdır
Bakıda yağış, rayonlarda isə qar yağacaq