18.11.2026 - 12:14
Bu mənzillər vergidən azad ediləcək
Ölkə 212 baxış

Bu mənzillər vergidən azad ediləcək

Azərbaycanda sökülən binaların əvvəlki sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək. Bu barədə Publika.az xəbər verir.

Bu yenilik Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində yer alıb. Layihə 2027-ci ilin büdcə zərfinə daxil edilib.

Qanun layihəsinə əsasən, sökülmüş binaların keçmiş mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunmayacaq.

İclasda keçirilən müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: