18.11.2026 - 10:14
Bakıda ödənişli yollar olacaq? - London və Sinqapur modeli tətbiq edilə bilər
Ölkə 161 baxış

Bakıda ödənişli yollar olacaq? - London və Sinqapur modeli tətbiq edilə bilər

Son dövrlərdə Bakıda nəqliyyat sıxlığının azaldılması və yol infrastrukturunun təkmilləşdirilməsi məsələləri aktuallıq qazanıb. Baku.ws-ın yazdığına görə, bu istiqamətdə müxtəlif təkliflər irəli sürülür.

Paytaxtın müəyyən ərazilərində ödənişli yolların yaradılması məsələsi müzakirə olunur. Bu sistemin nəqliyyatın hərəkətinə təsiri, sürücülər üçün əlavə maliyyə yükü yaradıb-yaratmayacağı və tıxacların azalmasına nə dərəcədə kömək edəcəyi də maraq doğurur.

Nəqliyyat ekspertlərinin fikirləri

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Baku.ws-a açıqlamasında bildirib ki, Türkiyədə ödənişli yollar geniş yayılıb və bu təcrübə Azərbaycanda da tətbiq oluna bilər. Azərbaycanda şimal istiqamətindəki avtomobil yolu və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu bu cür yolların nümunəsidir.

Ekspert vurğulayıb ki, ödənişli yolların istifadəsi zamanı sürücülər üçün alternativ, ödənişsiz yolların mövcudluğu vacibdir. Bu, sürücülərə seçim imkanı yaradır və vaxta qənaət etmək istəyənlər ödənişli yolları seçə bilərlər.

Şəhərdaxili nəqliyyat üçün isə Londonda və Sinqapurda olduğu kimi ödənişli zonaların tətbiqi nəzərdə tutula bilər. Bu zonalar avtomobillərin şəhər mərkəzinə girişini məhdudlaşdıraraq nəqliyyat sıxlığını azaltmağa yönəlib. Lakin belə bir modelin uğurlu olması üçün şəhərin giriş nöqtələrində “Park and Ride” sisteminin qurulması və ictimai nəqliyyatın inkişafı da vacibdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: