Xaçmaz sakini qeyri-adi maşın düzəldib - VİDEO

Xaçmaz sakini qeyri-adi görünüşə malik avtomobil düzəldib. 7 avtomobilin hissələrindən yığılan nəqliyyat vəsitəsi 1 tondan artıq yük götürür.
Qeyri-adi görünüşə malik avtomobili Xaçmazın Arzu kənd sakini Cəlil Allahyarov düzəldib. İki ay yarıma başa gələn nəqliyyat vasitəsi 7 avtomobilin hissələrindən yığılıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Cəlil Allahyarov avtomobili usta işlədiyi sexdə yığıb. Maşının ərsəyə gəlməsinə də 2500 manat pul xərcləyib. Nəqliyyat vasitəsi kənd təsərrüfatı üçün çox əlverişlidir. Bağçılıqla məşğul olan Cəlil usta bu maşından əsasən meyvə daşımaqda istifadə etdiyini deyir.
Avtomobili almaq istəyənlər də olub, lakin sahibi satmayıb. Cəlil Allahyarov avtomobilə yaşadığı kəndin adına uyğun olaraq “Arzu 1” adını verib. O, maşını standartları nəzərə almaqla hazırladığını, sənədləşmə üçün də müvafiq qurumlara müraciət edəcəyini bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterial:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar