Xəyanətə meylli insanların orqanzmi fərqli olurmuş –

Genlər həyatımızın hər aspektinə təsir edir. Onlar bizim zahiri görünüşümüzü, xarakterimizi, gündəlik vərdişlərimizi müəyyənləşdirir. Almaniyanın “Focus” qəzeti hesab edir ki, həyatımız DNT-nin təsiri altındadır.
Bizimyol.info xəbər verir ki, nəşr bu haqda məqalə dərc edib. Yazı “Metagenics Institute” şirkətinin rəhbəri doktor Sara Qottfridin fikri ilə başlayıb: “Genlər müəyyən edir ki, hansı hormonlara daha həssas yanaşmalıyıq”.
Sonra qəzet yazır: “Məsələn, estrogen və testosteronun səviyyəsinin aşağı olması sonradan münasibətlərə də təsirsiz ötüşmür. “Scientific Reports” jurnalının 2014-cü ildəki araşdırmasına görə, G allellərinin daşıyıcıları təkliyə daha çox meylidir. Araşdırmalar göstərir ki, biz həmişə özümüzə bənzər adam axtarırıq. Məsələn, idmançı idmançıyla, siqaret çəkən bu vərdişi olanla, vegetarian vegeterianla daha yaxşı dil tapır”.
Qəzet maraqlı istiqaməti də qabardır. Araşdırmalar az yuxunun nikaha pis təsir göstərdiyini üzə çıxarıb. Dərin yatan partnyorlar münasibətlərdə daha az problemlə üzləşir. Yuxu zamanı yataqda az hərəkət etmək də tərəflərin yaxşı yola getməsinə xidmət edir.
Genlərin xəyanətə təsiri də araşdırılıb. Qəti fikir demək asan deyil. Böyük ehtimalla dofamin reseptorları zəif olanlar kənarda münasibət qurmağa çox meyllidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lənkəran və Lerikdə yeni arxeoloji abidələr aşkarlanıb
Araşdırma: Ekoloji çirklənmə müharibələrdən zərərlidir
Gənclər arasında virusa görə ölüm faktlarının artma səbəbi nədir? - Açıqlama
Koronavirus Uhanda hazırlanıb: Sensasion iddialar üzə çıxdı
COVID-19-a yoluxmadan sonra orqanizm neçə il qocalır?