Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həyətində arvadının boğazını kəsən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Faiq İbrahimovun 18 il müddətinə azadlıqdan məhrum edilib.

Faiq İbrahimov cinayəti namus üstündə törətdiyini söyləyib. Bildirib ki, qətlə yetirdiyi qadınla 2009-cu ildən birlikdə yaşayıblar.

O, arvadını xəyanət üstündə öldürdüyünü bildirib. Onun sözlərinə görə, arvadının başqa şəxslə münasibəti olduğunu biləndə qayınana deyib. Qaynı isə bacısını özünün cəzalandıracağını söyləyib.

Faiq İbrahimov söyləyib hadisə günü xəstəxanaya gedərkən arvadını öldürmək istəməyib. O deyib ki, Xavərin işlətdiyi ifadədən qəzəblənib:

“Xavər işləyən xəstəxanaya həkimə getmişdim. Həkim orada olmadığına görə, qayıtdım. Xəstəxanadan çıxanda Xavər məni çağırdı. Söhbət zamanı mübahisə elədik. Xavər xəyanət etdiyini təsdiqlədi. Nalayiq ifadə də işlətdi. Onu necə vurmağımı xatırlamıram”.

Ötən məhkəmədə əsas şahid qismində Rəşad Rəsulov dindirilmişdi. Belə ki, Rəşad Rəsulov mərhum Xavər İbrahimova ilə münasibətdə olubmuş.

Bunu Faiq İbrahimov da təsdiqləyib. Lakin Rəşad Rəsulov söyləyib ki, mərhumla yaxın, səmimi, dost münasibəti olub.

Qeyd edək ki, Faiq İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə)
maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə bu il iyunun 10-da baş verib.

41 yaşlı İbrahimova Xavər Arif qızı işlədiyi Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində qətlə yetirilib.

Qeydiyyatı işləyən Xavər İbrahimova müəssisənin həyətində əri 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu tərəfindən bıçaqlanıb.

Sinə və boğaz nayihəsindən zərbələr alan Xavər İbrahimova hadisə yerində dünyasını dəyişib.

İlkin Muradov
Musavat.com