Xəstəlik Musa Yaqubu bu hala salıb - FOTO

Məşhur şair Musa Yaqubun səhhəti ağırlaşıb.
Minval.İnfo-nun ölkə.az-a istinadən məlumatına görə, ötən gün xalq şairi Sabir Rüstəmxanlı İsmayıllının Buynuz kəndinə gedərək, həmkarına baş çəkib. Rüstəmxanlının qardaşı şairlərin görüşündən çəkilmiş fotonu paylaşaraq bunları yazıb:

“Bu gün İsmayıllı rayonunun Buynuz kəndində ailəmizə çox yaxın olan, Azərbaycanın görkəmli şəxsiyyəti, çox hörmətli şairi Musa Yaqubu qardaşlarımla, Sabir Rüstəmxanlı və Mədət Rüstəmxanlı ilə birlikdə ziyarət etdik. Musa əmi bir az nasaz idi. Allah şəfasını versin. Söz verdi ki, növbəti dəfə gələndə sizi ayaq üstə, sağlam qarşılayacağam”.
Qeyd edək ki, səksən yaşlı məşhur şair uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"