Xərçəngin yeni əlaməti aşkar edildi

“Vlad Taym” saytında 35 yaşlı britaniyalı qadın Ceyd Bolduinin başına gələn qəribə hadisədən bəhs olunur. O, ilk dəfə tənəffüs çətinliyindən şikayət ilə 2016-cı ildə klinikada müalicə edilib. Qadına “virus infeksiyası” diaqnozu qoyulub və antivirus dərmanları yazılıb. Lakin iki aydan sonra limfa düyünləri böyüyüb və “limfa sisteminin xərçəngi” diaqnozuna çevrilib.
Axar.az xəbər verir ki, cəmi bir il müddətində xərçəng dördüncü dərəcəyədək böyüyüb və metastazlar bütün orqanlara yayılıb. Həm də həkimlərin etiraf etdiyinə görə, xəstəliyin qeydə alınan qeyri-tipik əlamətləri daha erkən dəqiq diaqnoz qoyulmasına mane olub. Belə ki, qadın davamlı olaraq ayaqlarında qaşınmadan şikayət edir və bəzən onları qanayana qədər qaşıyırmış.
Bununla yanaşı, xəstədə zəiflik əlamətləri də görünüb, amma xərçəngin xarakterik simptomu olan limfa düyünlərinin böyüməsi müşahidə olunmayıb. Bu səbəbdən qadın müvafiq mütəxəssis köməyinə ehtiyac duymayıb. İndi həkimlər limfatik sistemin xərçənginin əlamətləri siyahısını yeniləməyi və ayaqlarda qaşınmanı da bu simptomların sırasına əlavə etməyi təklif edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!