“Windows” printer vasitəsilə dağıdıla bilər

ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
“Windows” əməliyyat sistemini printer vasitəsilə dağıtmaq mümkündür.
“”Minval.info “Neowin”ə istinadən xəbər verir ki, ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) ekspertləri tərəfindən həmin sistemin hazırkı versiyalarında aşkarlanan “PrintNightmare” adlı təhlükəsizlik boşluğu vasitəsilə sistemə məsafədən daxil olaraq nəzarət etmək mümkündür.
Həmin boşluğun bağlı olduğu “Windows Print Spooler Service” yalnız printerin drayverləri qurularkən istifadə olunsa da, ona məsafədən girişə məhdudiyyət olmaması sistemi dağıtmaq üçün imkanlar açır.
ƏLAQƏLİ
Meta və microsoft əməkdaşlığının arxasındakı milyonlar: Süni intellektdə yeni dövr?
“Microsoft” şirkətinin mühəndislərinə görə, sözügedən boşluq ya növbəli çap servisini söndürməklə, ya da məsafəli girişə şəbəkə əngəli tətbiq etməklə aradan qaldırılır. Hərçənd birinci halda ümumi cihazlar vasitəsilə çap etmək mümkün deyil, ikinci halda isə mümkündür.
Bu problemin konkret olaraq nə vaxt aradan qaldıracağı dəqiqləşdirilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş